Ümumi məlumat

BTB Kapital İnvestisiya Şirkəti ASC Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilmiş 12 oktyabr 2018-ci il tarixli İŞ-03 saylı investisiya şirkəti lisenziyasına əsasən fəaliyyət göstərir. Qeyd olunan lisenziyaya əsasən, BTB Kapital İnvestisiya Şirkəti ASC qiymətli kağız emitentləri və investorlara bütün növ əsas və yardımçı investisiya xidmətlərinin göstərilməsini təmin edir.

Şirkətin tərəfindən göstərilən əsas investisiya xidmətlərinə daxildir:

– qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi;
– fərdi investorların portfelinin idarə edilməsi;
– investisiya məsləhətlərinin verilməsi;
– qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi;
– qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi;
– mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması;
– marja ticarəti.

Şirkətin tərəfindən göstərilən yardımçı investisiya xidmətlərinə daxildir:

– müştərisinin qiymətli kağızlar hesablarının idarə edilməsi, o cümlədən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi;
– investorlara qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdiyi əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi;
– qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı investisiya tədqiqatı və maliyyə təhlilinin aparılması;
– təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı xidmətinin həyata keçirilməsi;
– əsas investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi ilə bağlı xarici valyuta mübadiləsi.