Təlim

BTB Kapital İnvestisiya Şirkəti ASC (BTB Kapital) qiymətli kağızlar bazarı üzrə müxtəlif istiqamətlərdə təlimlər təşkil edir.

Kapital bazarlarında iştirak etməyin birdən çox yolu var. Hər bir investor imkanlarına, vaxtına, gözləntilərinə əsasən özünə yatırım üslubu seçə bilər. Qısa müddətli treydinq və ya uzunmüddətli investisiya, texniki və ya fundamental analiz, səhm və yaxud istiqraz, hansı məbləğlə investisiyaya başlaya bilərəm? Bu və digər sizi maraqlandıran sualların cavablarını tapmaq üçün BTB Kapital sizə təlim və treninq xidmətini təklif edir. İnvestisiya etməzdən əvvəl bazarların xüsusiyyətləri və riskləri haqqında məlumatlanmaq, yatırım alətləri ilə tanış olmaq üçün bu xidmətimizdən faydalana bilərsiniz.

Yeni başlayanlar üçün:

İldə bir neçə dəfə olmaqla pulsuz təlimlər təşkil edirik. Məqsəd yeni investorların ilk addımlarında onları müşaiət etməkdir.

İnkişaf təlimləri :

Bu treninqlər artıq təcrübəli treyder və investorlar üçün nəzərdə tutulur. Müxətlif investisiya üsullarını, risklərdən qorunma yollarını, bazarları təhlil etməyin incəliklərinə bu treninqlər əldə edə biləcəksiniz.