Marja ticarəti

 

Marja ticarəti müştəriyə investisiya şirkətinin vəsaitləri hesabına qiymətləri kağızlar və digər növ maliyyə alətlərinin alınması və ya investisiya şirkətinin hesabına qiymətli kağızların və ya digər növ maliyyə alətləri üzrə qısa satış mövqeləri açmaq imkanı yaradır. BTB Kapital İnvestisiya Şirkəti ASC-nin (BTB Kapital) təqdim etdiyi resurslardan və ticarət platformalarından istifadə edərək müştəri maliyyə alətlərinin alışı və qısa satışından əldə etdiyi gəlirləri bir neçə dəfə artıra bilər. Marja ticarəti vasitəsi ilə müştəri özünə məxsus kiçik vəsaitlə xarici bazarlarda dövriyyədə olan qiymətli kağızlar və törəmə maliyyə alətləri, valyutalar, əmtəələr və digər aktivlərdə iri həcmdə uzun (alış) və ya qısa (satış) mövqelər yarada bilər.

BTB Kapital marja ticarəti xidmətini ölkəmizdə maliyyə bazarlarına nəzarət edən müvafiq qurum tərəfindən verilmiş lisenziya əsasında həyata keçirir.