Portfel idarəolunması

Portfel idarəçiliyi investorların vəsaitlərini müxtəlif investisiya məhsullarına yatıraraq diversifikasiya etmək və riskləri azaltmaq yolu ilə onlara gəlir gətirmək məqsədi daşıyır. İnvestor vəsaitini bir aktiv növündə saxlayaraq həm gəlir potensialını azaldır, həm də riskini artırır. Bu aktiv bank depoziti, valyuta, səhm, istiqraz ola bilər. Vəsaitlərinizi portfel idarəçiliyinə verərək eyni anda bu aktiv növlərinin hər birinə investisiya edə bilərsiniz.

Bu sizin gəlirinizi artırmaqla yanaşı hər hansı bir aktivin dəyər itirməsindən yaranacaq itkinizi də azaldacaqdır.
BTB Kapital İŞ sizə vəsaitlərinizi tələb və gözləntilərinizə uyğun olaraq investisiya etməyi təklif edir. Bunun üçün BTB Kapitalın peşəkar işçi heyəti həm BTB Bankın həm də beynəlxalq partnyorlarımızın texniki imkanlarından istifadə edərək sizə güvənli, keyfiyyətli və sərfəli xidmət göstərməyi qarşısına məqsəd qoymuşdur.

Prinsiplərimiz

  • Biz sizin uzunmüddətli partnyorunuzuq
  • Birinci məqsədimiz sizin vəsaitlərinizi qorumaq və artirmaqdır
  • Etibarlı və şəffaf xidmət göstəririk

İmkanlarımız

  • Azərbaycanda və dünyanın 100-dən çox maliyyə bazarında investisiya etmək
  • Porfelinizdəki vəsaiti istənilən növ investisiya məhsulunda və 10-larla valyutada diversifikasiya etmək
  • Ən müasir ticarət platformaları vasitəsilə əməliyyatlar etmək və aktivləriniz ən güvənli depozitarlarda saxlamaq

Bu portfellər ümumi xarakter daşıyır. İnvestisiya məqsədlərinizə uyğun portfellər üzrə təklifi almaq üçün BTB Kapitala müraciət edin.

Portfelinizin tərkibinə daxil olan maliyyə alətlərinə nümunələr

BTB Kapital sizi müntəzəm hesabla və investisiya siyasətinə uyğun gəlirliklə təmin edir.