Vasitəçilik

BTB Kapital İnvestisiya Şirkəti ASC (BTB Kapital) yerli və xarici bazarlarda qiymətli kağızlar və törəmə maliyyə alətlərinin alınıb satılması üçün öz müştərilərinə vasitəçilik (broker) xidməti göstərir. Tərəfimizdən göstərilən vasitəçilik xidmətindən istifadə etməklə müştərilər Azərbaycan bazarında dövriyyədə olan 1600-ə yaxın səhmdar cəmiyyətlərinin səhmlərini, dövlət tərəfindən buraxılan və ən aşağı risk dərəcəsinə məxsus qısa və orta müddətli istiqrazları, özəl və dövlət müəssisələr tərəfindən həm yerli həm də xarici valyutalarda buraxılan korporativ istiqrazları rahatlıqla almaq və istənilən vaxt satmaq imkanı əldə edirlər.

Qiymətli kağızlar bazarında əlverişli şərtlərlə risksiz borclanma və ya borc vermə imkanlarından istifadə etmək niyyətində olan fiziki və hüquqi şəxslər BTB Kapital vasitəsi ilə repo və əks repo bazarına çıxış əldə edir. Eyni zamanda BTB Kapital qiymətli kağızların qiyməti və valyutaların, o cümlədən Azərbaycan manatının, məzənnəsinin dəyişməsi riskindən sığortalanmaq üçün öz müştərilərinə müxətlif növ törəmə maliyyə alətlərindən istifadə etmək imkanı yaradır.

BTB Kapital vasitəçilik xidmətini ölkəmizdə maliyyə bazarlarına nəzarəti həyata keçirən müvafiq qurum tərəfindən verilmiş lisenziya əsasında həyata keçirir. BTB Kapitalın vasitəçilik əməliyyatlarını icra edən əməkdaşları həmin qurum tərəfindən verilmiş müvafiq ixtisas şəhadətnamələrinə malikdir. BTB Kapitalın peşəkar və təcrübəli əməkdaşları müştəri sifarişlərini icra edərkən onların maraqlarını hər zaman şirkətin maraqlarından üstün tutur və müştəri sifarişlərini bazarda mövcud olan ən yaxşı qiymətə uyğun yerinə yetirir.

Şirkət vasitəçilik xidmətini ölkəmizdə maliyyə bazarlarına nəzarəti həyata keçirən müvafiq qurum tərəfindən verilmiş lisenziya əsasında həyata keçirir.