" /> “BTB Kapital” beynəlxalq partnyor şəbəkəsini genişləndirdi – BTB Kapital

İnvestisiya Şirkəti ABŞ-ın ən böyük broker şirkətlərindən biri olan və maliyyə bazarlarında 40 ildən çox fəaliyyət göstərən “İnteractive Brokers”lə müqavilə bağlayaraq müştərilərinə dünyanın 30-dan çox ölkəsinin fond birjalarında istənilən qiymətli kağızlarla ticarət etmək və investisiya əməliyyatları həyata keçirmək imkanını yaradıb.

Müştərilər ABŞ, Kanada, Meksika, Braziliya, Avropa Birliyi ölkələri və Böyük Britaniya, Cənubi Afrika, İsrail, Yaponiya, Cənubi Koreya, Hindistan, Sinqapur, Avstraliya və digər fond bazarlarında səhm, dövlət və korporativ istiqrazlar, Avrobondlar, qiymətli metallar, ETF (Birjada ticarət edilən fondlar), fyuçerslər, opsiyonlar və digər qiymətli kağızları “BTB Kapital” vasitəsilə əldə edə bilərlər.

Xatırladaq ki, “BTB Kapital” daha əvvəl “Türkiyə İş Bankı”nın törəmə şirkəti olan “İş Yatırım” broker şirkəti ilə müqavilə bağlayaraq müştərilərinə Türkiyə fond birjasında əməliyyat etmək imkanı da yaratmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir