Anderraytinq

Ən əlverişli şərtlərlə Azərbaycan kapital bazarından vəsait cəlb etmək niyyətində olan korporativ müştərilər BTB Kapital İnvestisiya Şirkəti ASC-nin (BTB Kapital) anderraytinq xidmətlərindən istifadə edə bilər. Şirkət korporativ müştərilərinə səhm və müxtəlif valyuta və müddətlərdə korporativ istiqrazların buraxılması və yerləşdirilməsi üzrə anderrraytinq xidmətini yüksək peşəkarlıq və müvafiq təcrübəyə malik komandası vasitəsi ilə həyata keçirir. Tərəfimizdən göstərilən anderraytinq xidməti yerləşdirilməsi nəzərdə tutulan qiymətli kağızların parametrlərinin müəyyən edilməsindən cəlb edilmiş vəsaitlərin korporativ müştərinin bank hesabına köçürülməsinə qədər olan bütün mərhələləri əhatə edir. Bu mərhələlər qiymətli kağızlara olacaq tələbatın proqnozlaşdırılması, qiymətli kağızlara maraq göstərəcək potensial investorların axtarılması və onlara müvafiq təqdimatın edilməsi (road show), qiymətli kağızların emissiya prospektinin hazırlanması və müvafiq quruma təsdiq üçün təqdim edilməsi, qiymətli kağızların mərkəzi depozitarda qeydiyyata alınması və fond birjasında listinqə qəbul edilməsi və nəhayət yerləşdirilməsi və toplanmış vəsaitlərin korporativ müştəriyə (emitentə) köçürülməsi daxildir. Şirkət qiymətli kağızların yerləşdirilməsini ən yaxşı səy göstərmək (best effort) və öhdəlik götürmək (firm commitment) formatında həyata keçirir.

BTB Kapital anderrayinq xidmətini ölkəmizdə maliyyə bazarlarına nəzarət edən müvafiq qurum tərəfindən verilmiş lisenziya əsasında həyata keçirir.

Öhdəlik götürmədən həyata keçirilən anderrayinq xidməti bazarda mövcud tələbi nəzərə almaqla emitent tərəfindən buraxılan qiymətli kağızların mümkün qədər yaxşı qiymətə və mümkün qədər maksimal həcmdə yerləşdirilməsini nəzərdə tutur.

Öhdəlik götürməklə həyata keçirilən anderrayinq xidməti, bazarda yerləşdirilməmiş qiymətli kağızların BTB Kapital tərəfindən alınması şərtini nəzərdə tutur və emitenti nəzərdə tutulan həcmdə vəsaitlərin cəlb edilməməsi riskindən sığortalayır. Bu xidmətdən yararlanan emitentlər tərəfindən buraxılan qiymətli kağızlar bazar tələbatından asılı olmayaraq tam həcmdə yerləşdirilir.