Tədqiqat və məsləhət

BTB Kapital İnvestisiya Şirkəti ASC-nin (BTB Kapital) peşəkar komandası qiymətli kağızlar və digər maliyyə alətlərinin qiymət dinamikasına təsir edən amillər üzrə geniş tədqiqat  və təhlil etmə potensialına malikdir. Bu xidmətdən bəhrələnən müştərilər maraqlı olduqları maliyyə aləti və ya maliyyə alətini emissiya etmiş şirkət üzrə BTB Kapitaldan tam və dolğun analitik hesabatlar, proqnozlar və investisiya məsləhəti ala bilərlər.

BTB Kapital qiymətli kağızlar bazarında istənilən istiqamətdə məsləhət və təhlil xidmətlərini həyata keçirir. Biz sizin maliyyə vəziyyətinizi və  məqsədlərinizi təhlil edir və bunun əsasında məsləhət veririk.  Təkilf etdiyimiz bütün növ xidmətlər üzrə eyni zamanda məsləhət veririk. Məsləhət xidmətimizdən fiziki və hüquqi şəxslər faydalana bilərlər.

Fiziki şəxslər:

  • İnvestisiyalarınızın düzgün formalaşdırılması;
  • İnvestisiya etmək istədiyiniz qiymətli kağızın ətraflı təhlili və tövsiyyələrin verilməsi;
  • İqtisadi analitik təhlillərin aparılması və tövsiyyələrin verilməsi.

Hüquqi şəxslər:

  • Biznesinizin inkişafı üçün alternativ maliyyələşmə mənbələrinin təhlili;
  • Şirkətinizin nağd vəsaitlərinin qısa və uzunmüddətli dəyərləndirilməsi;
  • Balans strukturunda qiymətli kağızların istifadəsi və optimallaşdırılması, maliyyə risklərinin təyin edilməsi və tövsiyyələrin verilməsi.

BTB Kapital marja ticarəti xidmətini ölkəmizdə maliyyə bazarlarına nəzarət edən müvafiq qurum tərəfindən verilmiş lisenziya əsasında həyata keçirir.